Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

17 sen 2025, 12:00
“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

“Biz qəbul yerlərini 80-100 minə çatdırmalıyıq. Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adı ilə aldadırlar, elə universitetlərə göndərirlər ki, onun diplomu burada tanınmır”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili deyib ki, ondansa, Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaratmaq lazımdır: “Ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Elm və Təhsil Nazirliyini hətta məcbur edək ki, qəbul yerlərini artırsın. Bəzi məqamlarda bizim abituriyentlərin hüquqları pozulur. Alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. Bu məsələyə dövlət əl qoymalıdır, aidiyyəti qurumlar nəzarət etməlidir. 

İkincisi, digər universitetlərimiz alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər. Yollara baxırsan, infrastruktura baxırsan, adam həsəd aparır. Deyirsən, kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yoxdur, qiymətlər çox ucuz. Adamın köçüb Naxçıvanda yaşamağı gəlir. Naxçıvanda universitetlər artırılsın ki, tələbələrimiz gedib Naxçıvanda oxusun”.

Deputatın sözlərinə görə, sərnişinlərin də hüquqları pozulur: “Aidiyyəti qurumlar bir problemi həll edirlər, adamın ürəyi açılır, ancaq əlavə problem ortaya çıxır. İctimai nəqliyyat inkişaf etdirilir, avtobuslar alınır, avtobus yolu çəkirlər, hər şey superdir. Ancaq digər tərəfdən şəxsi avtomobillə öz problemini həll etmək istəyən insanlara çətinlik yaranır. Eyni problemi bu gün Gəncədə də görə bilirik. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, orada onsuz da 2 avtomobil zülmlə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Aidiyyəti qurumlara səslənirəm, qaş düzəldən yerdə, vurub göz çıxartmayaq. Bakı və Gəncə bir ola bilməz. İnsanların, xüsusilə sərnişinlərin hüquqlarını pozmayaq, həll yolları axtaraq”.