Son Xəbərlər
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax

Ölkəmiz xalqların öz müqəddaratını təmin etmələrinin tərəfində dayanır

08 apr 2024, 09:43
Ölkəmiz xalqların öz müqəddaratını təmin etmələrinin tərəfində dayanır

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə etdiyi rəsmi səfəri Afrika ölkələri ilə qurulacaq gələcək iqtisadi və siyasi münasibətlərin dərinləşməsinə müsbət zəmin yaradacaqdır.

Bu gün Azərbaycan tam müstəqil xarici siyasət yürüdür və beynəlxalq müstəvidə öz partnyorlarının əhatə dairəsinin genişləndirilməsində maraqlıdır. Ölkəmiz təkcə Cənubi Qafqaz regionunda deyil yaxın və uzaq region ölkələri ilə də dostluq, əməkdaşlıq münasibətlərinin qurulması  və inkişaf etdirilməsi üçün diplomatik səylər göstərməkdədir.

Elə bu baxımdan Konqo Respublikasının prezidenti Deni Sassu-Nqessonun paytaxtımıza rəsmi səfəri Azərbaycanın uzaq Afrika ölkələri, o, cümlədən Konqo Respublikası ilə qurulacaq iqtisadi və siyasi münasibətlərinin möhkəmlənməsində xüsusi əhəmiyyətə malik olacaqdır. Hər iki ölkənin rəsmi şəxslərinin ən ali səviyyədə səfərlərin təşkili əlbəttə ki, münasibətlərin daha operativ, daha möhkəm və etibarlı qurulması üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir. Səfər zamanı imzalanan ən mühüm sənədlərdən biri sayılan Əməkdaşlıq haqqında Bəyannamə ölkələr arasında münasibətlərin perspektivlərini müəyyənləşdirməklə yanaşı, ikitərəfli münasibətlərin sürətli inkişafına da təkan verəcəkdir.

Bu gün Azərbaycanla Konqo respublikaları arasında iqtisadi münasibətlər yox səviyyəsindədir. Amma bu münasibətlərin qurulması və inkişafı üçün hər iki ölkə mühüm potensiala malikdir. Sovetlər dönəmində Konqo vətəndaşı olan tələbələrin Azərbaycanın dövlət universitetlərində təhsil alıb öz ölkələrinə ixtisaslı kadr kimi dönmələri çox möhtəşəm bir ənənə idi və bizlər ümüd edirik ki, bu münasibətlərin yenidən qurulması hər iki ölkə arasında yaradılacaq iqtisadi, sosial, elmi və mədəni sahədəki münasibətlərin təkmilləşməsində vacib komponentlərdən biri olacaqdır. Bu gün hər iki ölkənin yerləşdiyi coğrafi mövqe, sahib olduqları təbii ehtiyatlar iqtisadi sahədə də uğurlu layihələrin icrası üçün zəmin yaradır. Tarixi faktlara istinad etsək görərik ki, hələ uzun illər Afrika dövlətlərinin, o, cümlədən Konqo Respublikasının təbii ehtiyatları avropalılar tərəfindən vəhşicəsinə talan edilmiş, xalq zülm və istismar altında saxlanılmışdır. Lakin artıq zaman və dövr dəyişib. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, dünya çapında hegemonluğun tam əksinə çıxır. Ölkəmiz xalqların öz müqəddaratını təmin etmələrinin tərəfində dayanır.

Neft və qaz sahəsində çox mühüm nailiyyətlər əldə etmiş Azərbaycan bu sahədə böyük təcrübəyə sahibdir. Belə olan halda zəngin təbii ehtiyatlara malik Konqo Respublikası ilə ölkəmiz arasında qurulacaq iqtisadi bağların daham möhkəm təməllər üzərində inkişaf edəcəyini tam əminliklə söyləyə bilərik.

Fərid Əhmədov;
Neftçala rayonu