Son Xəbərlər
Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. Liderxeber.az
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib. Liderxeber.az
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi
“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra
Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. Liderxeber.az

Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə matəm yürüşü keçirilir

06 iyl 2026, 14:05
Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə matəm yürüşü keçirilir

İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə matəm yürüşü keçirilir. 

Liderxeber.az xəbər verir ki, mərasimdən görüntülər sosial şəbəkələrdə paylaşılır.

Yürüşə yüz minlərlə sakin qatılıb. 

Əli Xameneinin cənazəsi Enqelab küçəsindən Azadi meydanına qədər aparılacaq. Orada artıq bir milyondan çox vətəndaşın toplaşdığı bildirilir. Havaların isti keçməsini nəzərə alaraq, yanğınsöndürən maşınlar yürüş iştirakçılarını şlanqlardan su ilə isladır. Təhlükəsizliyə İslam İnqilabı Keşikçiləri Korpusunun silahlı əməkdaşları nəzarət edir.

Yürüş başa çatdıqdan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə göndəriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq, orada Kərbəla və Nəcəf şəhərlərində ayrıca vida mərasimləri keçiriləcək. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.