Son Xəbərlər
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi
“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra
Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. Liderxeber.az
Böyük Britaniyadakı əczaçılıq müəssisələri çəki itirmək üçün nəzərdə tutulmuş
5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul
ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti
Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. Liderxeber.az

Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı

06 iyl 2026, 12:24
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün əlçatan olması istiqamətində tədbir görülüb.

Liderxeber.az agentliyə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

Yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.

Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.

Qeyd edək ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir. Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı, ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.

Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.