Son Xəbərlər
İmişli rayonunda zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu haqda
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən
“Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Liderxeber.az xəbər verir
ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana
Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida
Moskva nın yerləşən Domodedovo Hava Limanında gömrük əməkdaşları 476 nadir
Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib. Liderxeber.az xəbər verir ki,
Bu gün dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Tramp:"İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"

04 iyl 2026, 10:00
Tramp:"İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"

ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlar üçün bir həftəlik fasilə imkanı verib.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp 4 iyulda qeyd edilən ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatında yerləşən Raşmor dağında çıxışı zamanı bildirib.

“Onlar razılaşma əldə etməyə can atırlar. Onlar var qüvvələri ilə razılaşmaya nail olmaq istəyirlər. Biz onlara dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verdik”, - dövlət başçısı deyib. 

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.