Son Xəbərlər
İmişli rayonunda zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu haqda
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən
“Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Liderxeber.az xəbər verir
ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana
Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida
Moskva nın yerləşən Domodedovo Hava Limanında gömrük əməkdaşları 476 nadir
Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib. Liderxeber.az xəbər verir ki,
Bu gün dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Bazar gününə plan qurun - 34° isti olacaq

04 iyl 2026, 13:28
Bazar gününə plan qurun - 34° isti olacaq

İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23°, bəzi yerlərdə 27-30° isti olacaq.