Son Xəbərlər
İmişli rayonunda zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu haqda
İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən
“Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və
Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq. Liderxeber.az xəbər verir
ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana
Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida
Moskva nın yerləşən Domodedovo Hava Limanında gömrük əməkdaşları 476 nadir
Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib. Liderxeber.az xəbər verir ki,
Bu gün dünya çempionatında 1/8 final mərhələsinə start veriləcək.

İsti havada çimərliyə hansı qidaları aparmaq olmaz? - Mütəxəssis xəbərdarlığı

04 iyl 2026, 09:24
İsti havada çimərliyə hansı qidaları aparmaq olmaz? - Mütəxəssis xəbərdarlığı

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina life.ru saytına müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, qızmar günəş altında qalan qidaların əksəriyyəti sürətlə təravətini itirir və sağlamlıq üçün təhlükəli hala gəlir. Yüksək hərarət və birbaşa günəş şüaları bakteriyaların çoxalması üçün ideal şərait yaradır.

Çimərlikdə temperatur yüksək olduğu və insanlar uzun müddət günəş altında qaldıqları üçün qidaların təhlükəsizliyini qorumaq çətinləşir. Həkim ilk növbədə aşağıdakı məhsullardan imtina etməyi tövsiyə edir:

- Balıq və dəniz məhsulları əlavə olunmuş souslu salatlar;

- Bişmiş kolbasa, sosiska;

- Kəsmik, qatıq və yumşaq pendirlər;

- Doğranmış meyvə və tərəvəzlər (doğranmış məhsullar tez şirə buraxdığı üçün mikroorqanizmlərin inkişafına şərait yaradır).

Kremli qənnadı məmulatları ilə də xüsusilə ehtiyatlı olmaq lazımdır. Hətta fabrik istehsalı olan desertlərin kremləri belə isti havada tez xarab olur. Ev şəraitində hazırlanan şirniyyatlar və süd məhsulları tərkibli içliklər isə çox qısa zamanda təhlükə mənbəyinə çevrilə bilər.

Diyetoloq çimərliyə spirtli içkilər, şirin qazlı sular, qəhvə və tünd çay aparmağı da məsləhət görmür:

- Alkoqol və kofein orqanizmin susuzlaşmasına səbəb olur.

- Şirin içkilər isə susuzluğu yalnız qısa müddətə yatırır. Qanda qlükoza səviyyəsinin kəskin artmasından sonra baş verən ani eniş halsızlığa səbəb ola bilər.

Bunun əvəzinə, çimərlikdə qəlyanaltı üçün qoz-fındıq, quru meyvələr, qaletlər, suxarilər, eləcə də qalın qabıqlı bütöv tərəvəz və meyvələr (xiyar, alma və s.) daha təhlükəsiz seçimdir.

Solomatina daha bir vacib məqamı qeyd edib: "Məhsul nə qədər təbiidirsə və tərkibində nə qədər az konservant varsa, isti havada bir o qədər tez xarab ola bilər. Şübhəli qidaları çimərliyə aparmamaq və orada yeməmək daha yaxşıdır".