Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının
Satınalan təşkilatların avans təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik
Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. Liderxeber.az
Nazirlər Kabineti "Mədəniyyət sahəsində layihələrin qrant
Nazirlər Kabineti "Elektron icra" informasiya sistemi haqqında
"Kontakt linzalarla gölməçələrdə və digər durğun su hövzələrində çimmək
Qlobal mərkəzi banklar ilk dəfə olaraq qarşıdakı onillik ərzində beynəlxalq
"İsti havada şəkərli qazlı içkilər içmək mədə-bağırsaq traktı
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan

Satınalan təşkilatların avans təminatı ilə bağlı - Qanun dəyişir

30 iyn 2026, 16:29
Satınalan təşkilatların avans təminatı ilə bağlı - Qanun dəyişir

Satınalan təşkilatların avans təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, satınalan təşkilat tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsas formalaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında qeyri-rezident hüquqi və fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qəbul edilmiş qərar əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin müəyyən edilməsi təklif edilir.

Bununla da bir mənbədən satınalma metodunun tətbiq edildiyi və müvafiq qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsi mümkünsüz olduğu hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında götürdüyü öhdəliklərin icra edilməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan müvafiq çətinliklər aradan qaldırılacaq.