Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar

25 yan 2025, 11:33
Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki - Kompotdan daha faydalı uzvar

Qış - orqanizmimizin, xüsusilə, vitaminlərə və mikroelementlərə ehtiyac duyduğu zamandır.

Lakin bu dövrdə təzə giləmeyvə və meyvə tapmaq kifayət qədər çətindir. Çıxış yolu var - qurudulmuş meyvələrdən uzvar adlanan dadlı və faydalı içki hazırlamaq.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə qıcqırma istehsalı və şərabçılıq texnologiyası üzrə mütəxəssis Yelena Beteva danışıb.

Onun sözlərinə görə, uzvar - qurudulmuş giləmeyvə və meyvələrdən hazırlanan qədim içkisidir. Kompotdan fərqli olaraq, uzvar bişirilmir, qaynar suda dəmlənir ki, bu da faydalı maddələrin maksimum saxlanmasına imkan verir.

"Adətən qurudulmuş meyvələrdən kompot bişirirlər. Lakin uzvar daha az istilik emalına məruz qalır və müvafiq olaraq daha çox faydalı vitaminləri və mikroelementləri özündə saxlayır", - deyə o bildirib.

O qeyd edib ki, uzvar hazırlamaq üçün istənilən qurudulmuş meyvə və giləmeyvələrdən - armud, zoğal, itburnu, yemişan, qarağat, motmutu, alma, ərik qurusu, qara gavalı, kişmiş, xurma, qaysıdan istifadə etmək olar.

"Hər bir tərkib hissəsi təkcə unikal dad deyil, həm də sağlamlıq üçün fayda gətirir. Məsələn, qurudulmuş zoğal soyuqdəymə əleyhinə və antibakterial təsirə malikdir, qurudulmuş albalı həzmi yaxşılaşdırır və ürəyi qoruyur, itburnu isə immunitet sistemini gücləndirir və orqanizmi cavanlaşdırır. Nə qədər çox müxtəlif qurudulmuş meyvələrdən istifadə etsəniz, içkinin dadı və rəngi bir o qədər zəngin olar. Əlavə şirinlik və fayda üçün soyudulmuş uzvara bal əlavə etmək olar. Nanə, melisa budağı, darçın və ya mixək əlavəsi isə dadı daha maraqlı edər və ədviyyəli tam verər", - deyə mütəxəssis vurğulayıb.

Mütəxəssis vurğulayıb ki, uzvarı vitaminlərin metalla təmasda dağılmasının qarşısını almaq üçün emallı və ya şüşə qabda hazırlamaq daha yaxşıdır.