Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Orucluqda sağlam qidalanma üçün bunları edin

05 mar 2025, 09:33
Orucluqda sağlam qidalanma üçün bunları edin

Ramazan ayında gündəlik qidalanma vərdişlərinin dəyişməsi və gündəlik yemək vərdişinin azalması maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.

İdeal çəki balansını qorumaq və oruc tutarkən sağlam qalmaq üçün bəzi vacib məqamlara diqqət yetirmək lazımdır.

Liderxeber.az xəbər verir ki, iftar ilə sahur arasında 2-2,5 litr su içmək lazımdır. 

Bədənin maye ehtiyacını artıran çay və qəhvə Ramazan ayında daha az içilməlidir. Bədənin maye ehtiyacını ödəmək üçün bu içkilər yerinə ayran və mineral suya üstünlük verilməlidir. Xüsusilə, meyvə şirələri və qazlı içkilərin istehlakı məhdudlaşdırılmalıdır.

Əsasən də çəki problemi olan və qan şəkəri yüksək olanlar meyvə şirəsi içməməlidir.

Sahura qalxmadan oruc tutmaq, yalnız su içmək və ya ancaq yatmaq aclığın müddətini uzadır. Nəticədə, qan şəkəri daha tez düşür və gün ərzində yorğunluq yarana bilir. Sahurda süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül səhər yeməyi yeyilməli, şorba, tərəvəz və zeytun yağından hazırlanmış yeməklərə üstünlük verilməlidir. 

Ancaq gün ərzində həddindən artıq aclıq problemi olanlar lobya, noxud, mərcimək, bulqur kimi qidalar qəbul etməlidir. Həddindən artıq yağlı, duzlu və ağır yeməklərdən, unlu qidalardan uzaq durmaq lazımdır.

Orucu pendir, pomidor, zeytun və ya şorba kimi yüngül yeməklərlə açmaq, 10-15 dəqiqəlik fasilədən sonra isə az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam etmək məsləhətdir.

Ağ çörək, düyü plovu kimi glisemik indeksi yüksək olan qidalar yerinə enerji verən, lakin qan şəkərini balanslı şəkildə artıran bulqur  kimi lifli qidalara üstünlük verilməlidir.

Yeməkdən sonra aclıq hissi yaradan karbohidratlı qidalardan uzaq durmaq lazımdır. Xüsusilə iftarda həddindən artıq şərbətli və yağlı desertlər yerinə südlü və ya meyvəli desertlər istehlak edilməlidir.

İftardan təxminən 2 saat sonra 1 stəkan süd və ya yoqurtla birlikdə meyvə istehlak etmək tövsiyə olunur. 

Ramazanda yemək növləri çox önəmlidir. Xüsusilə qaynadılmış yeməklərə üstünlük verilməlidir. Qızardılmış, hisə verilmiş qidalardan uzaq durmaq lazımdır.

Qidalanma dəyişdikcə və maye istehlakı azaldıqca meydana gələ biləcək qəbizliyin qarşısını almaq üçün yüksək lifli qidalar istehlak edilməlidir.

İftardan dərhal sonra televizor və ya kompüter qarşısında vaxt keçirmək və ya divanda dincəlmək yerinə qısa gəzintilər etmək həzmi yaxşılaşdırmaq üçün faydalıdır.