
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları başlayandan bəri aviasiya yanacağının qiymətinin 35%, benzinin isə 40% artması ilə üzləşiblər.
Liderxeber.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) kommunikasiya direktoru Culi Kozak bildirib.
BVF nümayəndəsinin sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklər neft məhsulları bazarına "dalğavari təsir" göstərir. Bunun nəticəsində aviasiya yanacağı, neft emalı məhsulları və neft-kimya sənayesi məhsullarının ehtiyatları azalaraq aşağı səviyyəyə enir.
İran ətrafında yaranan eskalasiya Fars körfəzi ölkələrindən dünya bazarına neft və mayeləşdirilmiş təbii qazın daşındığı əsas marşrut olan Hörmüz boğazının faktiki bloklanmasına səbəb olub. Bu vəziyyət həm neft ixracına, həm də hasilat səviyyəsinə mənfi təsir göstərib.
Nəticədə dünyanın əksər ölkələrində yanacaq və sənaye məhsullarının qiymətlərində artım müşahidə olunur.