
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna transfer olunub.
Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" bu transferdən 4 milyon avro qazanacaq. Bundan başqa, 29 yaşlı vinger gələcəkdə başqa kluba satılarsa, məbləğin 10 faizi “Trabzonspor”a ödəniləcək.
Qeyd edək ki, Zubkov 2025-ci ildən Trabzon təmsilçisində çıxış edirdi. O, buna qədər “Şaxtyor”, “Ferentsvaroş” “Mariupol” klublarının formasını geyinib.
Zubkob Ukrayna millisində 43 oyunda 3 qol vurub.