Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Dünyada şərab içənlərin sayı azalıb: İstehlak rekord səviyyəyə enib

16 apr 2025, 17:20
Dünyada şərab içənlərin sayı azalıb: İstehlak rekord səviyyəyə enib

Dünyada şərab istehlakı iqtisadi və geosiyasi amillər fonunda 2024-cü ildə rekord dərəcədə aşağı düşüb.

Liderxeber.az interfax.ru-ya istinadən xəbər verir ki, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) araşdırmasına əsasən, 2024-cü ildə dünya üzrə şərab satışı cəmi 214 milyon hektolitr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 3.3 faiz azdır.

Qeyd olunur ki, bu, təşkilatın statistika aparmağa başladığı 1961-ci ildən bəri ən aşağı şərab istehlakı göstəricisidir.

OIV ekspertləri bu azalmanı inflyasiyanın artmasına səbəb olan və bazarda qeyri-müəyyənlik mühiti yaradan iqtisadi və geosiyasi amillərin məcmusu ilə əlaqələndirirlər. Bundan əlavə, istehlakın göstəricilərinin azalmasına insanların həyat tərzi seçimi və sosial vərdişlərindəki dəyişikliklər əhəmiyyətli dərəcədə təsir göstərib.

Təşkilat onu da qeyd edir ki, dünyada üzüm bağlarının sahəsi artıq dördüncü ildir azalır və 2024-cü ildə 7.1 milyon hektar təşkil edib. Şərab istehsalı keçən il 2023-cü illə müqayisədə demək olar ki, beş faiz azalaraq 60 ildən çox müddətdə ən aşağı səviyyəyə çatıb.

Qlobal tənəzzülə baxmayaraq, İtaliya, Fransa və İspaniya 2024-cü ildə şərab istehsalında lider olublar.