Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının
Satınalan təşkilatların avans təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik
Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq. Liderxeber.az
Nazirlər Kabineti "Mədəniyyət sahəsində layihələrin qrant
Nazirlər Kabineti "Elektron icra" informasiya sistemi haqqında
"Kontakt linzalarla gölməçələrdə və digər durğun su hövzələrində çimmək
Qlobal mərkəzi banklar ilk dəfə olaraq qarşıdakı onillik ərzində beynəlxalq
"İsti havada şəkərli qazlı içkilər içmək mədə-bağırsaq traktı
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan

Qlobal ehtiyatlarda dolların rolu azalır

30 iyn 2026, 14:32
Qlobal ehtiyatlarda dolların rolu azalır

Qlobal mərkəzi banklar ilk dəfə olaraq qarşıdakı onillik ərzində beynəlxalq ehtiyatlarında dolların xüsusi çəkisini artırmaq əvəzinə azaltmağı planlaşdırır.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu dəyişiklik ABŞ valyutası ilə əlaqədar siyasi risklərin artması, eləcə də qlobal maliyyə sisteminin daha çoxqütblü modelə keçidi gözləntiləri ilə bağlıdır. Eyni zamanda, mərkəzi banklar qızıla yatırımları artırmaq niyyətindədir və Britaniya funtu, Norveç kronu, həmçinin Yeni Zelandiya dolları da daxil olmaqla, digər ehtiyat valyutalarına da böyük maraq göstərirlər.

Sorğuda idarəetməsində təxminən 10 trilyon dollar dəyərində aktiv olan 90 mərkəzi bank, dövlət pensiya və suveren fondları iştirak edib. Rəyi soruşulan mərkəzi bankların üçdə ikisindən çoxunun təmsilçiləri yaxın illərdə öz fəaliyyətlərində süni intellekt texnologiyalarından istifadəni genişləndirmək niyyətində olduqlarını da bildiriblər.