Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub: Hadisəni anlaqsız törədib - EKSKLÜZİV

08 apr 2024, 17:11
Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub: Hadisəni anlaqsız törədib - EKSKLÜZİV

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub.

LiderXəbər-in əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

Həmin rəy istintaq orqanına təqdim edilib.

Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

Əhməd Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçirilib.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.