Son Xəbərlər
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi
“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra
Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib. Liderxeber.az
Böyük Britaniyadakı əczaçılıq müəssisələri çəki itirmək üçün nəzərdə tutulmuş
5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul
ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti
Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. Liderxeber.az

Bakıda avtovağzalın yaxınlığında avtobus yandı - Açıqlama

06 iyl 2026, 13:39
Bakıda avtovağzalın yaxınlığında avtobus yandı - Açıqlama

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Liderxeber.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

***

Daşıyıcı şirkətdən bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.