Son Xəbərlər
Azərbaycan Hava Yollarının 6 iyul tarixinə planlaşdırılan bir sıra
“Balaxanı-Sabunçu-Ramana” yatağında SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişinə
Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri
6 iyul tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. Liderxeber.az
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib. Liderxeber.az
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,

Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi

06 iyl 2026, 16:39
Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi

6 iyul tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb. 

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib. 

Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.