Son Xəbərlər
İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Liderxeber.az-ın
“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni
Dekabrın 20-də "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
banner

Azərbaycan hazırda mühüm geosiyasi faktordur

20 mar 2023, 12:05
Azərbaycan hazırda mühüm geosiyasi faktordur

Bu gün Azərbaycanın öz resurslarına güvənərək, ondan məharətlə istifadə etməsi xarici siyasətdəki uğurlarımızı şərtləndirir. Aydın görünür ki, Azərbaycanın həm Almaniya, həm də Avropa İttifaqı üçün əhəmiyyəti hər il artmaqda davam edir. İndi Avropa Ölkəmizi özünə əsas tərəfdaş ölkələr sırasında görür. Statistik hesablamalara nəzər saldıqda görürük ki, Ölkəmizin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur. Azərbaycan eyni zamanda, qərbi bərpaolunan enerji ilə də təmin etməyi qarşıya məqsəd qoyub və bu məsələ günümüzün əsas aktual mövzularından biridir.

Bu barədə 13  mart 2023-cü il tarixində Ölkə başçısı cənab İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü, həmçinin martın 14-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansleri Olaf Şolts ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü zamanı xüsusilə vurğuladı. Şübhə yoxdur ki, cənab Prezidentin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı yüksəkdir. Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yönəlmiş təşəbbüslərdir. Bu gün Azərbaycan Avropa Birliyinə böyük həcmdə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı dəfələrlə artırıla bilər. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərir. Xüsusi qeyd edək ki, Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Əlbəttə ki, illər ərzində əldə etdiklərimizin bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir. Azərbaycan gələcəkdə də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəkdir.

Cənab Prezidentin Almaniya səfəri ikili münasibətlərə də təkan verəcəkdir. Bundan başqa, Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenləri ilə Dövlət başçımızın görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Çünki, Azərbaycan hazırda mühüm geosiyasi faktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atmaqdadır.
          
        Əfsanə Abdullazadə;
        Neftçala rayon gənci