Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Azərbaycana idxal olunan humanitar malların vergidən azad olunması Nazirlər Kabinetinin razılığı ilə mümkün olacaq

02 dek 2024, 14:32
Azərbaycana idxal olunan humanitar malların vergidən azad olunması Nazirlər Kabinetinin razılığı ilə mümkün olacaq

Azərbaycana humanitar yardım kimi gətirilən mallar, mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlarla yanaşı hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən zaman yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər.

Liderxeber.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasına dair Prezident İlham Əliyevin fərmanına edilən dəyişikliklərdə öz əksini tapıb.

Əvvəllər belə malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən olunurdu.

Qeyd edək ki, Azərbaycana humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən (18 %) azaddır.