Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İranın hava məkanı daha bir gün bağlı qalacaq

13 apr 2026, 13:37
İranın hava məkanı daha bir gün bağlı qalacaq

İranın hava məkanının ən azı aprelin 14-də səhər saatlarına qədər uçuşlara bağlı qalacağı bildirilir.

Liderxeber.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.

Məlumata əsasən, dövlətin aviasiya idarəsinin qəbul etdiyi qərara müvafiq olaraq, İranın hava məkanı aprel 14-də çərşənbə axşamı yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 12:30) mülki aviasiya üçün bağlı olacaq.

Vurğulanıb ki, yalnız istisna hallarda hərbi, tibbi və dövlət təyyarələrinin, o cümlədən axtarış-xilasetmə məqsədli reyslərin icrası mümkündür. Belə uçuşların reallaşması üçün mülki aviasiya rəhbərliyinin xüsusi icazəsi tələb olunur.

Xatırladaq ki, ABŞ və İsrail tərəfindən hərbi əməliyyatlara start verildikdən sonra fevralın 28-də səhər saatlarından İran səması bağlanıb. Paytaxt Tehran da daxil olmaqla, İranın bir neçə böyük şəhəri hücumların hədəfi olub.