Son Xəbərlər
Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana
“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. Liderxeber.az-ın
ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını

Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı

16 iyl 2026, 12:34
Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. 

Liderxeber.az xəbər verir ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunurlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınır.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər. 

Şagirdlər üçün qeydiyyat.

Müəllimlər üçün qeydiyyat.