Son Xəbərlər
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana
“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. Liderxeber.az-ın
ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını
Azərbaycanın işğaldan azad edilmiş və otuz illik dağıntılardan sonra yenidən
Çiyələkdə infarkt riskini azaltmağa kömək edən maddələr mövcuddur.

İran ABŞ-nin üç ölkədəki bazalarına hücum edib

16 iyl 2026, 10:13
İran ABŞ-nin üç ölkədəki bazalarına hücum edib

ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA hücumlarına məruz qalıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb.

"İran İslam Respublikası ordusuna məxsus "Arəş" adlı pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-nin Küveytdəki "Əli əl-Saləm" bazasında yerləşən radiolokasiya sistemləri, "Patriot" hava hücumundan müdafiə kompleksləri və yanacaq çənləri hədəfə alınıb", - deyə açıqlamada qeyd olunub. Bazada yerləşən C-RAM sisteminə aid erkən xəbərdarlıq radarı və ABŞ hərbçilərinin toplanış mərkəzi hücuma məruz qalıb.

Bundan başqa, İslam Respublikası ABŞ ordusunun Bəhreyndəki "Şeyx İsa" bazasının müdafiə obyektindəki rabitə və radar sistemlərini, o cümlədən "SR Hawk" radarlarını və "Patriot" qurğularını vurduğunu açıqlayıb.

ABŞ-nin İordaniyadakı bazaları da hücumlara məruz qalıb. Qeyd olunub ki, ABŞ ordusuna məxsus rabitə sistemləri və yanacaq çənlərinə PUA zərbələri endirilib.

"7 hərbçinin ölümü ilə nəticələnən İranşəhrdəki Bampur qarnizonuna edilən hücumlara cavab olaraq, İran ordusunun dronları İordaniyada yerləşən "Əl-Əzrəq" bazasındakı stasionar radiolokasiya stansiyasına, rabitə qovşaqlarına və yanacaq çənlərinə zərbələr endirib", - deyə açıqlamada bildirilib.

Məlumata görə həmin bazada raketdən müdafiə sistemləri mövcuddur və bu obyekt ABŞ qüvvələrinin sözügedən regionundakı ən vacib strateji və komandanlıq mərkəzlərindən sayılır.

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı isə hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan səkkiz İran raketini məhv etdiyini açıqlayıb.

"Petra" xəbər agentliyinin yaydığı açıqlamaya görə, İordaniya hava hücumundan müdafiə sistemləri səkkiz İran ballistik raketini tutaraq vurub. Hadisə nəticəsində xəsarət alan və ya maddi ziyana səbəb olmayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubundakı Bəndər-Abbas şəhərində ABŞ-yə məxsus LUCAS tipli pilotsuz uçuş aparatını məhv edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatı SEPAH-ın qırıcıları tərəfindən ələ keçirilib və uğurlu atəş nəticəsində məhv edilib.

Hadisənin digər təfərrüatı açıqlanmayıb.