Son Xəbərlər
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana
“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. Liderxeber.az-ın
ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını
Azərbaycanın işğaldan azad edilmiş və otuz illik dağıntılardan sonra yenidən
Çiyələkdə infarkt riskini azaltmağa kömək edən maddələr mövcuddur.

İşğaldan azad olunmuş ərazilərdə Slovakiya imzası

16 iyl 2026, 09:42
İşğaldan azad olunmuş ərazilərdə Slovakiya imzası

Azərbaycanın işğaldan azad edilmiş və otuz illik dağıntılardan sonra yenidən dirçəldilən ərazilərində dost ölkələrin bərpa və quruculuq işlərində fəal iştirakı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir və bu istiqamətdə Slovakiya ilə qurulan əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Ölkə başçısı cənab İlham Əliyev Şuşada qarşıladı. Bu qarşılanma müasir Azərbaycanın tarixi nailiyyətlərinin dünyaya nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edirdi. 

Möhtərəm Prezident mətbuata bəyanatında böyük məmnunluq hissi ilə bildirmişdir ki, Slovakiya Qarabağın və Şərqi Zəngəzurun sürətli bərpası prosesində fəal iştirak edən tərəfdaş ölkələrdən biridir. 

Dövlət başçısı slovakiyalı həmkarı Peter Pelleqrini ilə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəklərini və orada birgə tanışlıq həyata keçirəcəklərini elan etmişdir. Məhz Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən ən müasir şəhərsalma prinsipləri və yaşıl texnologiyalara əsaslanan mütərəqqi “Ağıllı kənd” (Smart Village) layihəsi icra olunmaqdadır. Cənab Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasına verilən bu əvəzsiz töhfəyə, habelə Azərbaycan xalqına göstərilən bu böyük dostluq dəstəyinə görə Slovakiya Prezidentinə öz dərin minnətdarlığını ifadə etmişdir. Bu layihə təkcə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında müasir standartlarla yaşamasına şərait yaratmayacaq, həm də iki ölkə arasında sülh, humanizm və infrastruktur tərəfdaşlığının sarsılmaz rəmzinə çevriləcəkdir.
 
Ruhəngiz Nəcəfova
Neftçala rayonu