Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

AQTA: Heyvan sağlamlığı sahəsində görülən tədbirlər bəhrəsini verir

02 iyl 2024, 09:49
AQTA: Heyvan sağlamlığı sahəsində görülən tədbirlər bəhrəsini verir

Son illər Azərbaycanda qida təhlükəsizliyi, həmçinin heyvan sağlamlığı sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi heyvan xəstəlikləri ilə mübarizə sahəsində öz bəhrəsini verir.

Liderxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev zoonoz xəstəliklərlə mübarizəyə həsr olunan beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla regionda qeyri-stabil epizootik statusa malik olması nəzərə alınaraq dabaq xəstəliyinə davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib: "Bunun üçün “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. Eyni zamanda bu xəstəlik üzrə nəzarətin gücləndirilməsi və ilkin olaraq peyvəndləmə aparılmaqla azad zonanın yaradılması istiqamətində işlər görülür".