Son Xəbərlər
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkənin Silahlı Qüvvələrinin
Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində, Mopanşan adası
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin
Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin
Cənubi Koreya hökuməti 14 yaşı tamam olmamış uşaqların sosial media
Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana

Ukraynada hərbi rəhbərlik ətrafında gərginlik - Fedorovdan sərt ittihamlar

16 iyl 2026, 17:37
Ukraynada hərbi rəhbərlik ətrafında gərginlik - Fedorovdan sərt ittihamlar

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini və Baş Qərargah rəisi Anatoli Qnatovu əvəz etməyi təklif edib.

Liderxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fedorov onun müdafiə naziri postuna namizədliyinin təkrar irəli sürülməməsi qərarına qarşı Kiyevdə və ölkənin digər şəhərlərində keçirilən etirazlar fonunda brifinqdə çıxış edərkən söyləyib.  

Sabiq nazirin sözlərinə görə, onun istefası islahatlar başladıqdan sonra nazirliyin təşəbbüslərini bloklamış və problemlərin açıq müzakirəsindən yayınmış Sırskinin mövqeyinin nəticəsi olub. O, Sırskini “intriqa səpməkdə” ittiham edib.

Fedorov son beş ay ərzində Ukraynanın ötən il aldığından daha çox dron əldə etdiyini, lakin bir çox bölmələrə dronların verilmədiyini söyləyib. 

O, dövlətdəki real vəziyyətin gizlədilməsini tənqid edib və xalq deputatlarını hərbi qüvvələrin üzləşdiyi çatışmazlıqlar barədə dürüst danışmağa çağırıb.

“Real problemin harada olduğunu ucadan deməyə sizin cəsarətiniz haradadır? Bölmələr haqqında, hücumlar haqqında, insanların azadlıq uğrunda öldüyü barədə danışmaq üçün cəsarətiniz haradadır?... Bizə Ukrayna xalqının layiq olduğu dəyişikliklər lazımdır”, - Fedorov deyib.

Artıq Ukrayna Prezidenti Volodimir Zelenski də Müdafiə Nazirliyi ilə Baş Qərargah arasındakı münaqişəni şərh edib.

Prezident bildirib ki, hərbi rəhbərlik və Müdafiə Nazirliyi arasında problemlər “müxtəlif səviyyələrdə” mövcuddur və yalnız Fedorov ilə Sırski arasındakı şəxsi münaqişə ilə məhdudlaşmır.

“Mən çox istərdim ki, birlik olsun. Tərəflər onu tapa bilmədilər. Bu yalnız tərəflərin deyil, həm də mənim problemimdir... Elə ola bilməz ki, kimsə tək qalib gəlsin, kimsə isə tək cavab versin. Birlikdə qalib gəlirik və birlikdə də cavab veririk”.