Son Xəbərlər
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Liderxeber.az
"Mənfi emosiyalar insan orqanizmini məhv edir. Baş verən hadisələrə daha
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Liderxeber.az
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünü İsrail tarixinin
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir

Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib

03 iyl 2026, 16:45
Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.

Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.

***

Nikol Paşinyanın adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb.

Əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb. 

Sərginin təşkilatçıları proqramdakı dəyişikliyi hələlik şərh etməyiblər.