Son Xəbərlər
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Liderxeber.az
"Mənfi emosiyalar insan orqanizmini məhv edir. Baş verən hadisələrə daha
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Liderxeber.az
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünü İsrail tarixinin
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir

Ali Lideri Seyid Əli Xameneinin ilə vidanın 4 iyulda da keçirilməsi təsadüfi deyil”

03 iyl 2026, 14:19
Ali Lideri Seyid Əli Xameneinin ilə vidanın 4 iyulda da keçirilməsi təsadüfi deyil”

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

Liderxeber.az xəbər verir ki, bununla bağlı CNN telekanalında maraqlı xəbər paylaşılıb. 

Xəbərdə vida mərasiminin 4 iyul tarixində də keçirilməsinin təsadüfi olmadığı qeyd olunur. Bildirilir ki, bu tarixin seçilməsi simvolik siqnal kimi qəbul edilə bilər, çünki məhz 4 iyulda ABŞ-də Müstəqillik Günü qeyd olunur. Üstəlik, bu il ölkə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyini bayram edir. ABŞ Prezidenti Donald Trampın da yubiley münasibətilə xalqa müraciətlə çıxış etməsi gözlənilir.

Reportajda həmçinin qeyd olunur ki, dəfn mərasiminin Məhərrəm ayında keçirilməsi ona əlavə dini və siyasi əhəmiyyət qatır. 

Qeyd edək ki, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.