Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

29 may 2024, 14:30
İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan marixuana aşkar edilərək götürülüb.

Sürücü barəsində protokol tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.