Bakıda sıxlıq olan yollar - SİYAHI

09 yan 2024, 10:20
Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

LiderXəbər xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.