Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Vergi ödəyicilərinin nəzərinə: Büdcə gəlirlərinin təsnifatı kodları yenilənib

21 noy 2025, 12:09
Vergi ödəyicilərinin nəzərinə: Büdcə gəlirlərinin təsnifatı kodları yenilənib

Cari il mayın 1-dən etibarən rayon (şəhər) maliyyə idarələri ləğv edilərək yeni regional maliyyə idarələri yaradıldığı üçün büdcə gəlirlərinin təsnifat kodları yenilənib.

Liderxeber.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dövlət büdcəsinə vergi, rüsum və digər ödənişlərin köçürülməsi zamanı istifadə olunan xəzinə hesabları əvvəlki kimi qalır. Ödəniş zamanı qeyd olunan rayon (şəhər) üzrə maliyyə idarələrinin VÖEN məlumatları isə yenilənib və ərazi vergi orqanlarının VÖEN-ləri tətbiq edilir.

Büdcə ödənişlərinin düzgün emalı məqsədilə vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar, eləcə də büdcə gəlirlərinin təsnifatı kodları yenilənərək sistemdə müvafiq dəyişikliklər aparılıb. Dəyişdirilmiş rekvizitlər və büdcə təsnifat kodları barədə məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.