Son Xəbərlər
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Liderxeber.az
"Mənfi emosiyalar insan orqanizmini məhv edir. Baş verən hadisələrə daha
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Liderxeber.az
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünü İsrail tarixinin
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir

Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı

03 iyl 2026, 17:13
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.