Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ekoloqların peşə bayramıdır - Fotolar

23 may 2025, 14:29
Ekoloqların peşə bayramıdır - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib.

Liderxeber.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, tədbirlər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb.

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirlər daha sonra nazirliyin inzibati binasında  davam edib. Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Prezidentin Sərəncamı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə fərqlənən əməkdaşlar fəxri fərmanlarla təltif olunub.