Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Azərbaycanda yerli və xarici biznesin qeydiyyatı ilə bağlı YENİLİK

24 okt 2024, 14:08
Azərbaycanda yerli və xarici biznesin qeydiyyatı ilə bağlı YENİLİK

"Ölkəmizdə sahibkarlıq mühitinin inkişaf etdirilməsi və sahibkarlar üçün ölkədə istər sahibkarlıq fəaliyyətinə başlama, istərsə də sonradan biznes fəaliyyətinin effektiv həyata keçirilməsi ilə bağlı bir sıra mühüm islahatlar həyata keçirilib.

Məhz biznesə başlama sahəsində ötən müddətdə yeniliklər tətbiq olunub, Dünya Bankının biznesə hazırlıqla bağlı müvafiq metodologiya sənədi əsasında həm kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında, həm mülki qanunvericilikdə, həm əmək qanunvericiliyində bir sıra dəyişikliklər həyata keçirilib, eyni zamanda qeydiyyat prosesi ilə bağlı bir sıra rəqəmsal yeniliklər tətbiq olunub".

Liderxeber.az bildirir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi "Biznesə daxilolma" İşçi qrupunun iclasında qrupun rəhbəri Samirə Musayeva deyib.

O əlavə edib ki, xarici investisiyalı hüquqi şəxslərin təsisçisinin xarici hüquqi şəxs və ya xarici fiziki şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatından keçirilməsi ilə bağlı hüquqi əsaslar yaradılıb, xarici hüquqi şəxslərin elektron qeydiyyat prosesinin yerli hüquqi şəxslərin elektron qeydiyyat prosesi ilə tam eyniləşdirilməsi və aradakı bütün fərqlərin aradan götürülməsinə nail olunub.

"Ölkəmizdə məhz bu ilin sonundan etibarən qiymətləndirmə prosesinə başlanacaq, sahibkarlara, ekspert qruplarına, dövlət orqanlarına bir sıra sorğular göndəriləcək. Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara həm sahibkarlar, həm ictimaiyyət, həm ekspert qrupları tərəfindən dolğun, hərtərəfli cavablar verilə bilsin, çünki həyata keçirilmiş islahatlar həm metodologiya baxımından, həm də ölkədə sahibkarların, həqiqətən də, daha rahat şəkildə öz fəaliyyətinə başlaması, növbəti mərhələdə fəaliyyətini həyata keçirməsi istiqamətinə yönəlib. Bəzən bu sorğulara cavab verərkən sahibkarlar informasiya azlığından qiymətləndirmə prosesi ilə bağlı məlumatları daha obyektiv şəkildə əks etdirə bilmirlər. Məqsədimiz ondan ibarətdir ki, islahatların mahiyyəti haqqında, onlardan hansı proseslərdə, hansı addımları atmaqla, hansı elektron resurslardan istifadə etməklə yararlana biləcəkləri haqqında sahibkarlar məlumatlı olsunlar", - deyə S.Musayeva bildirib.