Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

Su polisi vətəndaşın şikayətini araşdırır

15 iyl 2026, 10:53
Su polisi vətəndaşın şikayətini araşdırır

Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə vətəndaşların səs-küy salmaları, ərazini çirkləndirmələri, suda batma halları artıb.

Liderxeber.az xəbər verir ki, bu barədə vətəndaş R.Rzayev Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.

Vətəndaşın sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğular verilib, nəticədə əraziyə lövhələr qoyulub. Lakin sonradan naməlum şəxslər tərəfindən sökülərək götürülüb. Sonradan isə təkrar olaraq həmin əraziyə lövhələr qoyulub.

Hazırda şikayətlə bağlı müvafiq orqanlara sorğular verilib, təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən vətəndaşlara qadağan olunmuş ərazilərdə çimməmələri tövsiyə edilir.