Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır

15 iyl 2026, 10:30
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır

ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq.

Liderxeber.az “Associated Press”ə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Prezident Donald Tramp və İraqın Baş naziri Əli əz-Zeydi Ağ Evdə keçirilən görüş zamanı çıxış ediblər. 

Tramp İraqda amerikalı hərbçilərə artıq ehtiyac olmadığını bildirib. Qeyd edilib ki, İraqda qanunsuz silahlı qruplaşmalara qarşı ABŞ ordusunda hazırlıq keçmiş yerli hərbçilər mübarizə aparacaq. 

Daha sonra Pentaqonun yaydığı bəyanatda qoşunların tam çıxarılmasının 2024-cü ildə İŞİD silahlılarına qarşı missiyanın dayandırılması barədə bağlanan razılaşmaya əsasən həyata keçiriləcəyi açıqlanıb.  

Qeyd edək ki, ABŞ qoşunları İraqda 2003-cü ildə yerləşdirilmişdi. 2007-ci ildə antiterror əməliyyatlarının ən qaynar dövründə bu ölkədəki Amerika qoşunlarının sayı 170 min nəfəri ötüb, 2011-ci ildə isə minimuma endirilib. Hazırda İraqda yalnız kiçik bir məsləhətçi və digər hərbçi kontingenti qalıb.