Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

Trampdan İrana yeni təhdid - “Danışıqlar masasına qayıtmasalar...”

15 iyl 2026, 08:55
Trampdan İrana yeni təhdid - “Danışıqlar masasına qayıtmasalar...”

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıtmayacağı təqdirdə ölkənin infrastrukturunu hədəf alacaqları ilə bağlı sərt açıqlama verib.

Liderxeber.az-ın xəbərinə görə, Tramp “Fox News” telekanalına müsahibəsində gələn həftə İrandakı elektrik stansiyaları və körpülərə zərbələr endirilə biləcəyini bildirib.

“Sabah gecə onlara çox sərt zərbə endirəcəyik. Növbəti gecə də eyni olacaq. Gələn həftə isə onlar üçün daha pis olacaq, çünki elektrik stansiyaları və körpülər hədəfə çevriləcək. Əgər danışıqlar masasına qayıtmasalar, bütün körpülərini dağıdacağıq”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, İranla danışıqlar davam etsə də, Tehran Hörmüz boğazında gəmiçiliyin hərəkətini məhdudlaşdırdığı müddətdə prosesdə irəliləyiş əldə etmək çətin olacaq.

ABŞ Prezidenti həmçinin bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar “kifayət etdiyini düşünənə qədər” davam edəcək.

Quru əməliyyatı ehtimalına da toxunan Tramp belə bir ssenarini istisna etməyib: “Bəzən quru əməliyyatına ehtiyac yaranır, amma bizim üçün bunu həyata keçirəcək başqa qüvvələr də var. Bununla belə, mən belə bir addım atmaq istəmirəm”.