Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

ABŞ İranın cənubuna zərbələr endirdi - Ölənlər var

15 iyl 2026, 09:00
ABŞ İranın cənubuna zərbələr endirdi - Ölənlər var

İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi nəticəsində üç mülki şəxsin öldüyünü açıqlayıb.

Liderxeber.az-ın məlumatına görə, İran XİN sözçüsü İsmail Bəqayi bildirib ki, zərbə Hörmüzqan əyalətinin Hacıabad rayonunda yerləşən ətraf mühitin mühafizəsi postuna və meşəbəyi məntəqəsinə düşüb.

Onun sözlərinə görə, hadisə nəticəsində park meşəbəyinin iki oğlu və gəlini həyatını itirib. Meşəbəyinin özü isə hücum zamanı xəsarət almayıb. 

Bəqayi bildirib ki, amerikalıların iranlılara qarşı törətdiyi cinayətlərin siyahısı hər gün uzanır.

“Hər yeni cinayət iranlıların ədalət axtarışı və bu hərəkətləri əmr edən və həyata keçirənlərin mühakimə olunmasını və cəzalandırılmasını tələb etmək əzmini daha da gücləndirir”, – deyə İran rəsmisi bildirib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi isə hadisə ilə bağlı konkret açıqlama verməyib. O, yalnız ABŞ qüvvələrinin “İrandakı hərbi hədəflərə qarşı yeni yaranan təhdidləri aradan qaldırmaq məqsədilə əlavə zərbələr endirdiyini” bildirib.