Son Xəbərlər
Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin
İran parlamentinə Hörmüz boğazının idarə olunması haqqında qanun layihəsi
İtaliyada asayiş keşikçiləri Kalabriya mafioz qruplaşması
"Vaşinqtonun öz vədlərinə xilaf çıxacağı ehtimalı nəzərə alınaraq, Tehran
İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter
“Mən bir məqama toxunmaq istəyirəm. Söhbət Naxçıvan hava reysləri ilə bağlı
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv

Naxçıvanda daha bir dövlət qurumu ləğv edildi

14 iyl 2026, 17:00
Naxçıvanda daha bir dövlət qurumu ləğv edildi

Naxçıvan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi ləğv edilib.

Liderxeber.az-ın əldə etdiyini məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş gün müddətində Nazirliyin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin və İdarənin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılır.

Qeyd edək ki, son bir həftə ərzində "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) ləğv edilib, həmçinin "Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" PHŞ-nin və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi" PHŞ yaradılıb.