Son Xəbərlər
Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl
Ucar sakini kanalda batıb. Liderxeber.az-ın məlumatına görə, rayonun Qəzyan
ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.
Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara
Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən
Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro
“KİV müstəmləkəçilik və dekolonizasiya prosesi ilə bağlı qlobal məlumatlılığın
Dünyanın ən populyar mesajlaşma platformalarından olan “WhatsApp”

“Bu, yüksək təzyiq və sıx vaxt qrafiki tələb edən sahədir”

11 iyl 2026, 10:33
“Bu, yüksək təzyiq və sıx vaxt qrafiki tələb edən sahədir”

“KİV müstəmləkəçilik və dekolonizasiya prosesi ilə bağlı qlobal məlumatlılığın artırılması istiqamətində göstərilən səylərdə əvəzsiz rol oynayıb”.

Liderxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, son üç il ərzində BTQ müstəmləkəçilik və dekolonizasiya barədə qlobal məlumatlılığın artırılması istiqamətində mühüm irəliləyişə nail olub.

Abbas Abbasov vurğulayıb ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti və fədakar fəaliyyəti qlobal məlumatlılığın artırılmasında həyati əhəmiyyət daşıyır.

“Sizin peşəniz yüksək fədakarlıq və dürüstlük tələb edir. Bu, çox vaxt yüksək təzyiq və sıx vaxt qrafiki şəraitində çalışmanı tələb edən dinamik və məsuliyyətli sahədir. İctimaiyyətin məlumatlandırılması və cəmiyyətlərin düzgün informasiya ilə təmin edilməsində həlledici rol oynayan peşəkarlığınızı, işinizə sadiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndiririk”, – deyə BTQ icraçı direktoru qeyd edib.