
Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.
Liderxeber.az UNİAN-a istinadən xəbər verir ki, hücumlar nəticəsində ölkə ərazisində dağıntılar qeydə alınıb.
Kiyevin meri Vitali Kliçko şəhərə hücum nəticəsində 8 nəfərin, o cümlədən 11 yaşlı oğlan uşağının yaralandığını açıqlayıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Ümumilikdə isə Ukrayna ərazisində 10 nəfərin yaralandığı bildirilir.


