Son Xəbərlər
Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl
Ucar sakini kanalda batıb. Liderxeber.az-ın məlumatına görə, rayonun Qəzyan
ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.
Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara
Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən
Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro
“KİV müstəmləkəçilik və dekolonizasiya prosesi ilə bağlı qlobal məlumatlılığın
Dünyanın ən populyar mesajlaşma platformalarından olan “WhatsApp”

“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız

11 iyl 2026, 10:14
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız

Dünyanın ən populyar mesajlaşma platformalarından olan “WhatsApp” istifadəçilərin yaxınlarının doğum günlərini qaçırmaması üçün yeni bildiriş funksiyası üzərində işləyir.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, tətbiq istifadəçilərin kontakt siyahısındakı şəxslərin yaxınlaşan doğum günləri barədə birbaşa bildiriş göndərəcək.

Beləliklə, istifadəçilər əlavə təqvim tətbiqlərindən istifadə etmədən xüsusi günləri asanlıqla xatırlaya biləcəklər.

Yeni funksiyaya əsasən, istifadəçilər doğum tarixlərini istəyə bağlı şəkildə profillərinə əlavə edə biləcəklər. Doğum günü məlumatının kimlər tərəfindən görünəcəyi isə məxfilik funksiyaları vasitəsilə istifadəçinin nəzarətində olacaq.

Kontakt siyahınızda olan şəxsin doğum günü gəldikdə, “WhatsApp” sizə xüsusi bildiriş göndərəcək və onu təbrik etməyi xatırladacaq.

Qeyd edək ki, platforma son dövrlərdə istifadəçi adları, süni intellekt funksiyaları və təkmilləşdirilmiş axtarış imkanları kimi yenilikləri istifadəyə verərək profil və ünsiyyət funksiyalarını daha da zənginləşdirir.

Hazırda doğum günü bildirişi funksiyası məhdud sayda Android beta istifadəçisi arasında sınaqdan keçirilir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələlik açıqlanmayıb.