Son Xəbərlər
Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl
Ucar sakini kanalda batıb. Liderxeber.az-ın məlumatına görə, rayonun Qəzyan
ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.
Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara
Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən
Rusiya iyulun 11-nə keçən gecə Ukrayna ərazisinə raket zərbələri endirib.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro
“KİV müstəmləkəçilik və dekolonizasiya prosesi ilə bağlı qlobal məlumatlılığın
Dünyanın ən populyar mesajlaşma platformalarından olan “WhatsApp”

ABŞ-dən İrana - Ultimatum

11 iyl 2026, 12:21
ABŞ-dən İrana - Ultimatum

ABŞ İrandan Hörmüz boğazını elə bu gündən açıq elan etməsini tələb edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən “X” hesabında yazıb. 

“Tramp administrasiyası İrandan şənbə günü Hörmüz boğazının açıq olduğunu etiraf edən və kommersiya gəmilərinin atəşə tutulmasına son qoymağı öhdəsinə götürən açıq bəyanatla çıxış etməsini tələb edir”, - paylaşımda deyilir. 

Başqa bir mənbə isə Vaşinqtonun Tehranı tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, ağır fəsadlarla hədələdiyini bildirib.

“Ya onlar belə bir bəyanat verəcəklər, ya da onlar üçün hər şey pis qurtaracaq”, - mənbə deyib.