
İran parlamentinə Hörmüz boğazının idarə olunması haqqında qanun layihəsi təqdim edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik üzrə komissiyasının sədri İbrahim Əzizi "X" sosial şəbəkəsində bildirib.
"Dünən axşam "Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər" adlı qanun layihəsi rəsmi olaraq İran parlamentinin müzakirəsinə təqdim edildi", - deyə Əzizi qeyd edib.
Əzizi diqqətə çatdırıb ki, Tehran "öz qırmızı xətlərini", xüsusilə də Hörmüz boğazının idarə olunması ilə bağlı məsələdə müdafiə etmək niyyətindədir.
Qanun layihəsi ilkin mərhələdə parlament tərəfindən qəbul edilməli, ardınca Konstitusiya Keşikçiləri Şurasında nəzərdən keçirilməlidir. Yekun mərhələdə isə layihə təsdiqlənmək üçün ölkə prezidentinə təqdim ediləcək.