Son Xəbərlər
Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin
İran parlamentinə Hörmüz boğazının idarə olunması haqqında qanun layihəsi
İtaliyada asayiş keşikçiləri Kalabriya mafioz qruplaşması
"Vaşinqtonun öz vədlərinə xilaf çıxacağı ehtimalı nəzərə alınaraq, Tehran
İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter
“Mən bir məqama toxunmaq istəyirəm. Söhbət Naxçıvan hava reysləri ilə bağlı
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv

Şuşadakı Forum başa çatdı - Fotolar

14 iyl 2026, 16:34
Şuşadakı Forum başa çatdı - Fotolar

Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumu başa çatıb.

Liderxeber.az xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.

İki gün davam edən Forum çərçivəsində təkbətək formatlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlər təşkil olunub.

Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək müasir media mühitində baş verən dəyişikliklər, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları barədə danışıblar.

Müzakirələrdə media, informasiya təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum iştirakçıları Xankəndidə Zəfər parkını, Xocalıda “Xocalı Soyqırımı Memorial” kompleksini ziyarət edib, həmçinin Şuşada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib.