Son Xəbərlər
Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin
İran parlamentinə Hörmüz boğazının idarə olunması haqqında qanun layihəsi
İtaliyada asayiş keşikçiləri Kalabriya mafioz qruplaşması
"Vaşinqtonun öz vədlərinə xilaf çıxacağı ehtimalı nəzərə alınaraq, Tehran
İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter
“Mən bir məqama toxunmaq istəyirəm. Söhbət Naxçıvan hava reysləri ilə bağlı
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv

Prezident bu sazişi təsdiq etdi

29 apr 2026, 17:27
Prezident bu sazişi təsdiq etdi

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Telekommunikasiya İttifaqına bildiriş göndərməlidir.