Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır

15 iyl 2026, 09:10
DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır

Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşən təcrübəli qapıçı Vozinya transfer bazarının ən çox müzakirə olunan futbolçularından birinə çevrilib.

Liderxeber.az xəbər verir ki, hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperə yeddi klubun maraq göstərdiyi bildirilir.

Turnirin ən böyük sürprizlərindən birinə imza atan Vozinya xüsusilə İspaniyaya qarşı oyunda etdiyi vacib seyvlərlə futbolsevərlərin rəğbətini qazanıb.

Onun uğuru sosial şəbəkələrdə də əks-səda doğurub. Kabo-Verde millisinin qapıçısının instaqram hesabındakı izləyicilərinin sayı qısa müddətdə 28 milyonu ötərək, Mayk Menyan, Cordan Pikford və Emiliano Martines kimi tanınmış qapıçıları geridə qoyub.

Son mövsümü Portuqaliyanın ikinci liqa təmsilçisi “Çaves”də keçirən Vozinyanın müqaviləsi iyunda başa çatıb. Təcrübəli qolkiperin DÇ-dəki çıxışı isə onun karyerasına yeni nəfəs verib.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, ABŞ təmsilçisi “İnter Mayami” transfer yarışında ön sıralardadır. Klub rəhbərliyinin həm Vozinyanın təcrübəsindən yararlanmaq, həm də onun artan populyarlığını marketinq baxımından dəyərləndirmək istədiyi bildirilir. Transfer baş tutacağı təqdirdə, qapıçı Lionel Messi və Luis Suares kimi ulduzlarla eyni komandada çıxış edəcək.

Vozinyaya maraq yalnız ABŞ ilə məhdudlaşmır. Braziliyadan “Atletiko Qoyanense”, “Seara” və “Avai”, Meksikadan “Kruz Azul”, Argentinadan “Deportivo Riestra”, Paraqvaydan isə “Olimpiya”nın qapıçını yaxından izlədiyi qeyd olunur.

DÇ-dən əvvəl geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Vozinya turnirdəki uğurlu çıxışı sayəsində qısa müddətdə transfer bazarının ən çox tələb olunan oyunçularından birinə çevrilib.