Son Xəbərlər
2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı,
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
2026-cı ilin temperatur rekordu İranda qeydə alınıb. İyulun 13-də Dehloran
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2

“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb

15 iyl 2026, 12:17
“YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb.

Liderxeber.az xəbər verir ki, bu həftə 12–13 yaşlı 52 şəhid övladı iştirak edir.

İlk gün iştirakçılar üçün sitrus bağlarına ekskursiya təşkil olunub, burada onlar bölgənin təbiəti və sitrusçuluq ənənələri ilə yaxından tanış olublar. Ardınca düşərgənin açılış mərasimi keçirilib, iştirakçılar düşərgənin daxili qaydaları ilə tanış olub, psixoloqlar tərəfindən keçirilən "icebreak" təlimlərində iştirak ediblər. İnteraktiv oyunlar və komanda tapşırıqları vasitəsilə uşaqların bir-birilərini yaxından tanımaları, kollektivə uyğunlaşmaları, ünsiyyət bacarıqlarını inkişaf etdirmələri və özlərini rahat hiss etmələri istiqamətində praktiki məşğələlər həyata keçirilib. Gün şam yeməyindən sonra stolüstü oyunlarla davam edib.

İkinci gün səhər idmanı ilə başlayıb. Uşaqlar psixoloqlarla fərdi və qrup görüşlərinə qatılaraq emosional sağlamlıq, özünüifadə və qarşılıqlı ünsiyyət mövzularında maarifləndirici sessiyalarda iştirak ediblər. Gün ərzində rəqs ustad dərsi təşkil olunub, hoteldaxili əyləncə zonalarında müxtəlif oyunlar keçirilib, "Faceart" fəaliyyəti və hovuz saatı uşaqların marağına səbəb olub. Gün axşam əyləncə proqramı ilə yekunlaşıb.

Üçüncü gün iştirakçılar uşaq yazıçısı Mürşüd İsmayılzadə ilə görüşüblər. Görüş zamanı yazıçı uşaqlarla mütaliənin əhəmiyyəti, kitab oxuma vərdişlərinin formalaşdırılması, yaradıcılıq prosesi və yazıçılıq fəaliyyəti barədə söhbət aparıb, onların suallarını cavablandırıb və maraqlı fikir mübadiləsi baş tutub. Günün ikinci yarısında “Dayaq Xeyriyyə” təşkilatı tərəfindən ağız və diş sağlamlığının qorunması, düzgün gigiyena qaydaları və profilaktik müayinələrin əhəmiyyəti barədə maarifləndirici təlim keçirilib. Gün hovuz istirahəti ilə davam edib. Axşam isə ASAN TV/Radionun təşkilati dəstəyi və müğənni İlkin Dövlətovun iştirakı ilə baş tutan konsert proqramı düşərgə iştirakçılarına xoş ovqat bəxş edib.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: "PASHA Sığorta", "Badamlı," "Milla", “Happy day Cake”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.