Son Xəbərlər
Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş
Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka
Qazaxıstanın Kurık limanında illik 1,5 milyon ton taxıl emalı gücünə malik
Rusiyalı jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın
Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub. Liderxeber.az-ın sorğusuna
Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan
Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan
Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiq edib.
Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik,
banner

Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar

24 dek 2024, 12:06
Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub.  

Liderxeber.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərlə keçirilən görüşdə bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır.

Eyni zamanda vurğulanıb ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Həmçinin bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.

Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.