Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

Tramp husilərin qruplaşmasını terror təşkilatı kimi tanıyan fərman imzalayıb

23 yan 2025, 08:13
Tramp husilərin qruplaşmasını terror təşkilatı kimi tanıyan fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp Yəmən husilərinin “Ənsar Allah” qruplaşmasının ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınması haqqında fərman imzalayıb.

Liderxeber.az xəbər verir ki, müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.

“Bu əmr "Ənsar Allah" təşkilatının, həmçinin husilər kimi tanınan qrupun xarici terror təşkilatı kimi tanınması üçün nəzərdən keçirilməsi prosesini başladır”, – fərmanda qeyd olunub.

Fərmanda bildirilib ki, "2023-cü ildən husilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəstəyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini dəfələrlə atəşə tutub”, “2014-2015-ci illərdə husilər mülki infrastruktura çoxsaylı hücumlar edib, o cümlədən Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına çoxsaylı hücumlar, 2022-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə ölümcül hücumlar və 2023-cü ilin oktyabrından İsrailə 300-dən çox mərmi atıblar”.

“Husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika mülki şəxslərinin və personalının təhlükəsizliyinə, ən yaxın regional tərəfdaşlarımızın təhlükəsizliyinə və qlobal dəniz ticarətinin sabitliyinə təhdid yaradır”, – sənəddə qeyd olunub.

Fərmana əsasən, ABŞ dövlət katibi 30 gün ərzində Milli Təhlükəsizlik Şurası vasitəsilə prezidentə “Ənsar Allah”ın xarici terror təşkilatları siyahısına daxil edilməsi barədə hesabat təqdim etməli, hesabatın təqdim edilməsindən 15 gün sonra təşkilatın terror təşkilatı kimi tanınması üçün bütün tədbirləri görməlidir.

Fərman həmçinin nəzərdə tutur ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamenti Yəməndə husilərə ödəniş edən və ya qruplaşma ilə mübarizədə beynəlxalq səylərə mane olan istənilən təşkilatla əlaqələri kəsəcək.