Son Xəbərlər
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.

Talent Staff & Business Solutions şirkətinin rəhbərliyi KOBİA ilə görüş keçirib

18 iyn 2026, 11:23
Talent Staff & Business Solutions şirkətinin rəhbərliyi KOBİA ilə görüş keçirib

Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru, peşəkar HR eksperti Sevda Quliyeva Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədovla görüş keçirib.

Liderxeber.az xəbər verir ki, görüş zamanı Sevda Quliyeva rəhbərlik etdiyi şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr, insan resurslarının idarə olunması sahəsində gördüyü işlər və gələcək inkişaf planları barədə ətraflı məlumat təqdim edib.

Tərəflər şirkətin inkişaf perspektivləri, biznes mühitinə verdiyi töhfələr, məşğulluğun artırılması və insan kapitalının inkişafı istiqamətində görülən işləri müzakirə ediblər.

Görüşdə həmçinin fəaliyyətin genişləndirilməsi, biznes təşəbbüslərinin dəstəklənməsi və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.